Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Mayın 8-də heyvanları müdafiə təşkilatları və heyvansevər vətəndaşların iştirakı ilə IDEA İctimai Birliyinin Bakı şəhərinin Qaradağ rayonunda inşa etdirdiyi Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzinin təqdimatı keçirilib.
Mərkəzin təməlqoyma mərasimi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə 2014-cü il oktyabrın 9-da keçirmişdi. Sığınacağın tikintisində aparıcı dövlətlərin təcrübəsindən istifadə edilib və layihə-tikinti işlərinə tanınmış xarici mütəxəssislər cəlb olunub. Mərkəzin bu ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulur.
Müasir texniki avadanlıqla təchiz edilmiş və beynəlxalq standartlara cavab verən sığınacaq kompleksində sahibsiz heyvanlara peyvənd, sterilizə və zəruri hallarda əməliyyat xidmətlərinin göstərilməsi, həmçinin onların daimi və müvəqqəti məskunlaşması üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub.
Sığınacaqda heyvanlar üçün mobil təcili tibbi yardım xidmətinin fəaliyyət göstərməsi və sahibsiz heyvanların Mərkəzə gətirilməsinə məsul xüsusi qrupun yaradılması planlaşdırılır.
Mərkəzdə heyvanların müayinə və müalicəsi üçün yüksək səviyyəli avadanlıqla təchiz olunmuş müasir klinika, heyvan mehmanxanası, müxtəlif təlimlərin və tədbirlərin keçirilməsi məqsədilə mərkəz, himayəyə götürülməyə hazır heyvanların nümayiş olunduğu kompleks, heyvanların daimi və müvəqqəti məskunlaşması üçün böyük sığınacaqlar yaradılacaq. Burada yerləşən itlərin gəzinti və oynama parkları ictimaiyyətə açıq olacaq və istənilən şəxs öz ev heyvanını bu parka gəzintiyə gətirə biləcək.
IDEA İctimai Birliyi inşa edilən sığınacaqları sahibsiz heyvanların müdafiəsi ilə məşğul olan yerli təşkilatlarla birlikdə istifadə etmək niyyətini elan edib və görüşdə iştirak edən təşkilatları əməkdaşlığa çağırıb.