“Yaşıl Marafon” layihəsinə yekun vurulub
02/06/2015

2014-cü ilin noyabrında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Ümumrespublika Yaşıl Marafon” layihəsinə mayın 30-da yekun vurulub.

Layihə çərçivəsində 2014-cü ilin payız və 2015-ci ilin yaz əkin mövsümləri zamanı ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağac əkilib. “Yaşıl Marafon”un gedişi, həmçinin əkilmiş ağaclar barədə məlumatlar, rayon və şəhərlər üzrə hesabat və ağacəkmə aksiyalarından fotoşəkillər layihənin internet səhifəsində yerləşdirilib (http://ideacampaign.org/green_marathone/).

Ağacəkmə aksiyalarına Azərbaycanın 76 rayon və şəhər icra hakimiyyəti qoşulub.