Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
İstanbulda BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün ikinci Dünya forumunda iştirak edən İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.
Əbdüləziz bin Osman əl-Tüveycri Leyla Əliyevanı İKT Gənclər Forumu tərəfindən BMT-nin Gənclər Məşvərət Şurasına üzv seçilməsi münasibətilə təbrik edib, gənclərin forumunda onun fəaliyyətini yüksək qiymətləndirib.
Leyla Əliyeva Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, xüsusilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü işlərdən danışıb.
Görüşdə ölkəmizin Türkiyədəki səfiri Zakir Həşimov iştirak edib.