Prezident İlham Əliyev və ailə üzvləri birinci Avropa Oyunları çərçivəsində karate yarışlarını izləyiblər

Video

13/06/2015

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri birinci Avropa Oyunları çərçivəsində “Baku Crystal Hall”da keçirilən karate yarışlarını izləyiblər.

Karatenin kumite növü üzrə 60 kiloqram çəki dərəcəsində Azərbaycan idmançısı Firdovsi Fərzəliyev birinci Avropa Oyunlarının çempionu adını qazanıb.

Mükafatçılara medalları Prezident İlham Əliyev təqdim edib.

75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə yarışlarda isə qalib azərbaycanlı idmançı Rəfael Ağayev olub.

Qaliblərə medalları Mehriban Əliyeva təqdim edib.

67 kiloqram çəki dərəcəsində Azərbaycanlı karateçi Niyazi Əliyev 3-cü yeri tutub.

Karate yarışlarında daha bir medalı qadın idmançımız İlahə Qasımova qazanıb. O, 55 kiloqram çəki dərəcəsində 3-cü yer uğrunda mübarizədən qalib ayrılıb.