Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
İyunun 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin balaca sakinləri üçün şənlik təşkil olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.
Şənlikdə iştirak edən uşaqlar “Bakı-2015” ilk Avropa Oyunlarının ovqatını hiss etdilər, balacalara xas olan hədsiz səmimiyyət və sevinclə paytaxtımızda hökm sürən xüsusi ab-havaya əlavə rəng qatdılar. Uşaqları “Bakı-2015”-in rəmzləri Nar və Ceyran qarşıladı.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu şənliyə gəlişi isə uşaqların sevincini ikiqat artırdı. Şənlikdə Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri iştirak etdilər.
Leyla Əliyeva ətrafına toplaşan uşaqların sevincini bölüşdü, onlarla səmimi söhbət etdi. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti dəfə unudulmaz bir gün yaşatdı.
Tədbirdə balacalar üçün yaradılan əsl bayram ab-havası uşaqların əhval-ruhiyyəsini daha da yüksəltdi. Balacalar müxtəlif rəqslər ifa etdilər, yalnız uşaqlığa xas olan qayğısızlıqla ətrafdakılarla öz sevinclərini bölüşdülər. Bu təbəssümü isə onlara Heydər Əliyev Fondu bəxş etdi.
Həmişə olduğu kimi, bu dəfə də Fond uşaqlarla görüşə əliboş gəlmədi. Hər uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi. Bu hədiyyələr arasında birinci Avropa Oyunlarının suvenirləri də oldu. Leyla Əliyeva onun ətrafında toplaşan uşaqlarla birlikdə rəqs etdi, söhbətləşdi, onlarla fotolar çəkdirdi.
Bu tədbir həm də ölkəmizin balaca sakinlərinin birinci Avropa Oyunlarına dəstəyi oldu. “Bakı-2015”-in atributlarını üzərində daşıyan balacalar Avropa Oyunlarının əhval-ruhiyyəsinə köklənərək, öz aralarında qısa məsafəyə qaçış üzrə yarışda da iştirak etdilər. Uşaqlar üçün müxtəlif oyunlar, Avropa Oyunları ilə bağlı viktorinalar keçirildi. Qaliblər Heydər Əliyev Fondunun hədiyyələri ilə mükafatlandırıldılar.