Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
İyunun 22-də Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında 8 dəst medal uğrunda mübarizə aparılıb. Həm kişilər, həm də qadınlar 4 çəki dərəcəsində qüvvələrini sınayıblar. Azərbaycan bu yarışlara 8 samboçu ilə qatılıb. Samboçularımız müvəffəqiyyətlə çıxış ediblər. Azərbaycan samboçuları Nəzakət Xəlilova, İslam Qasımov, Amil Qasımov və Vasif Səfərbəyov gümüş medallar qazanıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri yarışların gedişini izləyiblər.
Sonda qaliblərə mükafatlar təqdim olunub.