İyunun 26-da birinci Avropa Oyunlarının boks yarışlarında Azərbaycanın aktivinə daha iki qızıl medal yazılıb. Azərbaycan boksçuları Elvin Məmişzadə və Kollazo Sotomayor birinci Avropa Oyunlarının çempionu olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.
52 kiloqram çəki dərəcəsində Elvin Məmişzadə həlledici görüşdə italiyalı Viçenzo Rikardiyə qalib gəlib.
64 kiloqram çəki dərəcəsində isə Kollazo Sotomayor finalda İtaliya təmsilçisi Vinçento Mangiakapredən üstün olub.
Sonra mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim edib.