İyunun 25-də birinci Avropa Oyunları çərçivəsində boks üzrə yarışlar keçirilib. Azərbaycan boksçusu Teymur Məmmədov ölkə yığmasına daha bir qızıl medal qazandırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri boks yarışını izləyiblər.
Final mərhələsində kişilər arasında 81 kiloqram çəki dərəcəsində italiyalı Valentino Manfredonia ilə qarşılaşan Teymur Məmmədov rəqibinə 3:0 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının çempionu olub.
Sonra mükafatlandırma mərasimi keçirilib.
Dövlət başçısı İlham Əliyev qalib idmançılara medalları təqdim edib.