Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, son illərdə Fransa paytaxtında Azərbaycan ilə bağlı mədəniyyət tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə Parisdə təşkil olunan mədəniyyət tədbirlərinin Fransa ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılandığı diqqətə çatdırılıb, bu layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Mehriban Əliyevaya meriyanın binasının tarixi və memarlıq quruluşu barədə məlumat verilib. Bildirilib ki, 1-ci rayonun meriyası Parisin mərkəzində yerləşir və Fransa memarlığının nadir inciləri sırasındadır.