Birinci kanal Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin forumu haqqında
01/11/2015

“Bizim ölkələrdə müxtəlif dinlərin, müxtəlif millətlərin və xalqların nümayəndələrinə rast gəlmək olar. Onlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycanda böyük rus mədəniyyətinə, rus ədəbiyyatına və incəsənətinə həmişə böyük sevgi ilə yanaşıblar. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan rusdilli təhsil tam həcmdə qorunub saxlanıb, Azərbaycanın ali məktəblərində də rus dilində təhsil almaq olar”.

Rusiya televiziyasının Birinci kanalı bu sözləri Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın çıxışından sitat gətirir.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VI forumuna həsr edilmiş süjetdə qeyd olunur ki, ötən illər ərzində mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün çox iş görülüb. Azərbaycanlı gənclərin Moskva forumunda “Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsindən” danışılıb.

Birinci kanalın süjetində deyilir: “Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin artıq altıncı dəfə keçirilən forumunun işində 600-dən çox nümayəndə, o cümlədən milli diasporun təmsilçiləri və ictimai təşkilatların fəal üzvləri iştirak edib”.