“Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində keçiriləcək aksiyada 20 min ağac əkiləcək
11/11/2015

İDEA İctimai Birliyinin təşəbbüsünə qoşulan gəncəli gənclər noyabrın sonunadək növbəti ağacəkmə aksiyası keçirəcəklər. “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində keçiriləcək marafonun əsas məqsədi ətraf mühiti mühafizə etməkdir.

İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin məlumatına görə, Gəncədə bu il 18 min 950 ağac əkilib. Keçiriləcək aksiyada isə 20 min ağacın əkilməsi nəzərdə tutulub.