Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyə Respublikasına işgüzar səfər ediblər.
Antalyanın beynəlxalq aeroportunda Azərbaycan Prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.