Müasir İncəsənət Muzeyində Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisi açılıb

Video

Müasir İncəsənət Muzeyində Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisi açılıb

Müasir İncəsənət Muzeyində Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisi açılıb
13/11/2015

Noyabrın 13-də Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisi açılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə çıxış ediblər.

Sərgiyə gələnləri salamlayan Aida Mahmudova ekspozisiyanın konsepsiyası haqqında məlumat verib: “Bu sərgi üzərində xeyli müddət işləmişəm, onu ərsəyə gətirmək üçün var gücümü sərf etmişəm. “Elysium” bu sərginin mövzusu və ya konsepsiyasıdır. Qədim yunanlarda “Elysium” tam xoşbəxtlərin yaşadığı məkandır. Daha doğrusu, əbədi xoşbəxtlik məkanıdır. Ancaq əbədi heç nə olmur və olmayacaq. Çünki məcazi sayılanın forması olmur. Odur ki, başlanğıca malik olmaq, dərk etmək gözəldir. Hamınıza gözəl axşam arzu edirəm”.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.

Sərginin açılışında görkəmli elm, incəsənət və mədəniyyət xadimləri, diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.