“Sevimli Bala” Şahmat və İncəsənət klubu tərəfindən keçirilən aksiyaya yekun vurulub
16/11/2015

IDEA İctimai Birliyinin, “ASAN xidmət”in və “Azersun Holding” MMC-nin birgə təşkilatçılığı ilə kağız tullantılarının toplanması ilə bağlı reallaşdırılan “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə dəstək olaraq “Sevimli Bala” Şahmat və İncəsənət Klubu tərəfindən keçirilən sosial aksiyaya yekun vurulub.

Aksiya çərçivəsində “ASAN xidmət” mərkəzlərinə ən çox kağız tullantısı təhvil verən kiçik vətəndaşlar “Sevimli Bala” tərəfindən təşəkkürnamə və hədiyyə əldə ediblər.

Bunun üçün kağız tullantısı təhvil verən zaman kiçik vətəndaşlarımız öz şəkillərini çəkib Facebook və Instagram üzərindən paylaşaraq - #IDEApublicunion #ASANxidmat #Sevimlibala #YashilASAN qeyd ediblər.

Qeyd edək ki, kağız tullantılarını istənilən “ASAN xidmət” mərkəzlərinə təhvil vermək mümkündür. Bu barədə ətraflı məlumatı “ASAN xidmət”in 108-Çağrı mərkəzindən almaq olar.

#IDEApublicunion #ASANxidmat #Sevimlibala #YashilASAN