Gəncədə Heydər Əliyev park-kompleksinin ərazisində 6 min ağac əkiləcək
17/11/2015

Şəhər icra hakimiyyətinin dəstəyi, YAP şəhər təşkilatının və İDEA İctimai Birliyi Gəncə resurs mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində ağacəkmə aksiyasına start verilib.

İDEA İctimai Birliyi Gəncə resurs mərkəzinin koordinatoru Könül Zeynalova bildirib ki, layihəyə əsasən ilin sonunadək Heydər Əliyev park-kompleksinin ərazisində 6 min ağacın əkilməsi nəzərdə tutulub. Aksiyanın birinci günü ərazidə 200 ədəd şam və çinar ağacları əkilib.

Aksiya hər gün davam etdiriləcək.