Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
IDEA İctimai Birliyi Bakının Fəvvarələr Meydanında və “Park Bulvar” alış-veriş mərkəzində paytaxt sakinlərinin şəhərimizdəki sahibsiz heyvanlara münasibəti ilə bağlı sorğu keçirib.
Məlum olduğu kimi, 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən Qaradağ rayonu ərazisində sahibsiz heyvanlar üçün qayğı mərkəzinin təməli qoyulub. Hazırda inşa edilən həmin mərkəzin yaradılması ilə yanaşı, layihə çərçivəsində ölkədə sahibsiz it və pişiklərin çoxalması probleminin araşdırılması, o cümlədən müvafiq sorğuların keçirilməsi də planlaşdırılıb.
Şəhərin mərkəzində keçirilmiş sorğuda 1500-dək respondent iştirak edib.
İki həftə davam edəcək sorğu Bakının Yasamal, Binəqədi, Nizami, Xəzər, Nərimanov və Nəsimi rayonları ərazisində də aparılır.