Mehriban Əliyeva Latviyanın sabiq birinci xanımı Lilita Zatlere ilə görüşüb

Video

Mehriban Əliyeva Latviyanın sabiq birinci xanımı Lilita Zatlere ilə görüşüb

Mehriban Əliyeva Latviyanın sabiq birinci xanımı Lilita Zatlere ilə görüşüb
10/03/2016

Martın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva IV Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq birinci xanımı Lilita Zatlere ilə görüşüb.

Mehriban Əliyeva Latviyanın sabiq birinci xanımı Lilita Zatlereni yenidən Bakıda görməkdən məmnun olduğunu deyib. IV Qlobal Bakı Forumunun dünyanı narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm dialoq məkanı olduğu bildirilib.

Lilita Zatlere IV Qlobal Bakı Forumunda müzakirə edilən məsələlərin qlobal təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.