Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun ikinci sessiyasında “Suriya naminə qlobal məsuliyyət: fəaliyyət planına doğru” mövzusu ətrafında geniş müzakirələr aparılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyeva aparılan müzakirələri dinləyib.
İsveçin Suriyadakı diplomatik missiyasının rəhbəri Piter Semnebinin moderatorluğu ilə keçirilən sessiyada İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin prezidenti, bu ölkənin sabiq xarici işlər naziri Franko Frattini, Kanadanın sabiq Baş naziri Jan Kretien, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, Livanın sabiq Prezidenti Amin Jmayel, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çetin müzakirələrdə iştirak ediblər.