Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirib. Bakıda keçiriləçək “Formula-1” Qran-pri yarışlarına həsr olunmuş turnirdə 30 komanda iştirak edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müşaviri Natiq Əliyev oyunu açıq elan edib.
Turnirin aparıcısı “Nə? Harada? Nə vaxt?” intellektual oyununun tanınmış iştirakçısı, “Büllur bayquş” mükafatının sahibi Rövşən Əskərov olub. Turnirdə M. V. Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Texniki Universiteti kimi aparıcı ali məktəblərin Azərbaycan klublarının komandaları iştirak edib.
Final mərhələsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun komandasına qalib gələn Rusiya Ali İqtisad Məktəbinin “Kəpəz” komandası yarışı birinci pillədə başa vurub. Üçüncü yeri isə Moskva Dövlət Universitetinin “Azərbaycanlı” klubu tutub.
Qaliblərə “Formula-1” yarışlarının xüsusi hədiyyələri, həmçinin RAGB-nin medalları, fəxri fərmanları və pul mükafatları təqdim olunub.