Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Həştərxan Dövlət Filarmoniyasında Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşkil etdiyi populyar musiqi və rəqs sahəsində gənclər layihəsinin “Xəzər Mükafatı – 2016” beynəlxalq festivalının finalı keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildən Həştərxanda keçirilən “Xəzər Mükafatı – 2016” festivalı Xəzəryanı regionun ən əlamətdar mədəni hadisələrindən birinə çevrilib, 2015-ci ildən isə beynəlxalq status qazanıb.
İldən-ilə festival öz coğrafiyasını genişləndirir. Bu il onun iştirakçıları arasında MDB ölkələri olan Moldova və Özbəkistanın nümayəndələri də olub.
“Xəzər Mükafatı – 2016” festivalında “Hədəf” kompozisiyası ilə Azərbaycanı Dövlət Filarmoniyasının solisti Lətifə Soyuöz təmsil edib.
Mükafatlandırma mərasimində Həştərxan şəhərinin meri Oleq Polumordvinov və vilayət hökumətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev çıxış ediblər.
Mükafatlar 14 nominasiya üzrə təqdim olunub. Festivalın finalçılarını ekspertlərdən ibarət münsiflər heyəti müəyyən edib. Lakin yekun qərar həştərxanlıların öhdəsinə düşüb: festivalın qalibləri onlayn səsvermənin nəticələri əsasında elan olunub.