Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Aprelin 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin “Qadınlar Sülh Naminə” Proqramının rəhbəri Muna Rihani Əl-Nassir və Qananın “Texnologiya və Mühəndislikdə Yeni Liderlər” Təşkilatının nümayəndəsi Akrasi Dadzie ilə görüşüb.
Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumunun əhəmiyyəti qeyd edilib. Heydər Əliyev Fondunun dünyada həyata keçirdiyi layihələr barədə məlumat verilib, əməkdaşlığın perspektiv məsələləri müzakirə olunub.