Prezident İlham Əliyev və ailə üzvləri ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər

Video

10/05/2016

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış olublar.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ərazidə ağac əkiblər.

Dövlətimizin başçısı və xanımı ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.

Ərazisi 12 hektar olan bu yaşıllıq sahəsində mayın 10-da ümumilikdə 10 minə yaxın zeytun, Eldar şamı, sərv, Arizona sərvi, mavi küknar, limonad sərvi, leylandi ağacları əkilib.