Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlunun bürünc heykəlinin təntənəli təqdimat mərasimi keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Leyla Əliyeva jurnalistlərə müsahibəsində Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq Rəssamı Zurab Seretelinin hazırladığı heykəli həm də Azərbaycan xalqının tarixinə və mədəniyyətinə böyük hörmət və ehtiramın əlaməti kimi qiymətləndirib. Leyla Əliyeva deyib: “Polad Bülbüloğlu oxuyanda insan yaşamaq istəyir. Onda olan müsbət enerji hamıya sirayət edir. Çox şadam ki, bu gün belə gözəl abidə təqdim olunur. Bu abidə onun qəlbini, ürəyini təcəssüm etdirir. Buna görə də onu və hamını bu tədbir münasibətilə təbrik edirəm”.
Mərasimdə xarici ölkələrin Rusiyada akkreditə olunmuş nümayəndəliklərinin rəhbərləri, tanınmış elm və incəsənət xadimləri iştirak ediblər.