Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universiteti) (MDBMİ) Azərbaycanlı Məzunlar Assosiasiyasının prezidenti Leyla Əliyeva bu ali təhsil müəssisəsində olub.
Universitetin rektoru Anatoli Torkunov və ali məktəbin tələbələri ilə görüşdə MDBMİ-nin Heydər Əliyev Fondu və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) ilə əlaqələrinə toxunulub, habelə bu ali məktəb məzunlarının Bakıda müntəzəm görüşlərinin təşkili məsələsi müzakirə edilib.
Leyla Əliyeva universitetin müəllimləri və Azərbaycandan olan tələbələrlə söhbət edib, bu cür görüşlərin təşkilinin və həmvətənlər arasında əlaqələrin qorunub saxlanmasının vacibliyini qeyd edib.