Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada hərbi-vətənpərvərlik oyunları keçirilib
30/05/2016

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə sağlam həyat tərzinin və gənclərin vətənpərvərlik tərbiyəsinin təbliği çərçivəsində Moskvada Respublika Gününə həsr edilmiş hərbi-vətənpərvərlik oyunları keçirilib.

Ön üç komandanın iştirak etdiyi turnir məntiqi məsələlərlə yanaşı, güc tətbiq olunmasını tələb edən 21, o cümlədən tapançanın sökülməsi və yığılması, hərbi təchizat və avtomatla qaçış, qumbara atılması, təcili tibbi yardım göstərilməsi, yaralının daşınması və s. kimi mərhələlərdən ibarət olub. Diqqətəlayiqdir ki, bütün komandalar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycanın milli qəhrəmanlarının adlarını daşıyıb.

Oyunların yekunlarına görə, Rusiya Dövlət İdarəçilik Universitetinin və N. İ. Piroqov adına Rusiya Elmi-Tədqiqat Tibb Universitetinin birləşmiş komandası qalib gəlib. İkinci və üçüncü yerləri, müvafiq olaraq, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin, Moskva Dövlət Pedaqoji Universitetinin və “Ali İqtisad məktəbi” Milli Tədqiqat Universitetinin komandaları tutublar. Komandalara “Sıx birliyə görə”, “Qələbə əzminə görə”, “Silahla rəftara yiyələnməyə görə” nominasiyalarında mükafatlar, həmçinin xatirə diplomları təqdim edilib.

Oyunlar Moskva ali məktəblərinin Azərbaycan klublarının fəal üzvlərinin ifasında milli rəqslərlə müşayiət olunub.