Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
İyunun 19-da saat 17:00-da Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar.
Açılış mərasimi başa çatdıqdan sonra dövlətimizin başçısı və xanımı yarışın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 40 nəfərdən ibarət kollektivi tərəfindən dövlət himnimiz ifa olunub.
Sonra Formula-1 Avropa Qran-prisinin final mərhələsinə start verilib. 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. Yarış “Mercedes”in almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb. İkinci yeri “Ferrari”nin pilotu Sebastian Fettel, üçüncü yeri isə “Force İndia”nın sürücüsü Serxio Peres tutub.
Niko Rosberqə kuboku dövlətimizin başçısı təqdim edib.
Mehriban Əliyeva isə mühəndislər kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim edib.
Kuboklar ikinci yerin sahibi Sebastian Fettelə gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan Serxio Peresə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim olunub.