Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
İyunun 24-də Azərbaycanın Belarusdakı səfirliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Belarus dilində nəşr olunmuş şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Bu kitabın çapına qədər Leyla Əliyevanın Belarus dilinə tərcümə olunmuş şeirləri ölkənin müxtəlif ədəbi qəzet və jurnallarında (“7 дней”, “Літаратура і Мастацтва” (“Литература и искусство”), “Культура”, “Полымя”) dərc edilib.
Leyla Əliyevanın şeirlərini rus dilindən Belarus dilinə belaruslu gənc şairə, tərcüməçi, Belarus Yazıçılar İttifaqının üzvü Tatyana Siveç tərcümə edib.
“Лист” (“Yarpaq”) kitabının səfirliyin təşkilatçılığı ilə keçirilmiş təqdimat mərasimində Belarusun ədəbi ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun, kütləvi informasiya vasitələrinin təmsilçiləri, Azərbaycan diasporunun fəal üzvləri və Minskdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Təqdimat mərasimində səfir İsfəndiyar Vahabzadə və kitabın tərcüməçisi, gənc şairə Tatyana Siveç çıxış ediblər.
Mərasimin sonunda azərbaycanlı tələbələr Leyla Əliyevanın Belarus dilində şeirlərini söyləyiblər.