Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
İyulun 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün istirahət proqramı təşkil edilib.
Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 1 saylı körpələr evi və 1 saylı uşaq evində tərbiyə alan uşaqlarla ilə birlikdə şənlikdə iştirak edib.
Körpələr və uşaq evlərində tərbiyə alan uşaqlar onlar üçün tərtib olunmuş müxtəlif əyləncələrdə asudə vaxtlarını keçiriblər.
Leyla Əliyeva uşaqlarla səmimi söhbət edib, onların əyləncələrində iştirak edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlara müntəzəm baş çəkir, onların hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olması ilə maraqlanır, uşaq və yeniyetmələrin təlim-tərbiyələri, asudə vaxtlarının təşkilində iştirak edir.
İstirahət günlərində, müxtəlif bayram və əlamətdar günlərdə əyləncələrin təşkili isə uşaqlara unudulmaz xoş anlar yaşadır.