Prezident İlham Əliyevin və Roma Papası Fransiskin görüşü olub

Video

Prezident İlham Əliyevin və Roma Papası Fransiskin görüşü olub

Prezident İlham Əliyevin və Roma Papası Fransiskin görüşü olub
02/10/2016

Oktyabrın 2-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşü olub.

Sonra Prezident İlham Əliyevin ailə üzvləri Roma Papası Fransisklə görüşüblər.

Papa Fransisk Prezident İlham Əliyevin ailə üzvlərinə hədiyyələr təqdim edib.

Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Roma Papasının Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.

Prezident İlham Əliyev Roma Papasına Azərbaycan sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim edib.

Roma Papası Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə edib. Sini Roma Papası Fransisk tərəfindən yazdırılmış həsretmə lövhəsi ilə bəzədilib.

Sonda xatirə şəkli çəkdirilib.