Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış ediblər.
Sonra Roma Papası Fransisk Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimləri ilə görüşüb.
Roma Papası Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Roma Papası Fransiski yola salıblar.