Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Noyabrın 10-da “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Faiq Əhmədin “Nə var, odur” və məşhur kolumbiyalı rəssam Oskar Murillonun “DIS PLACE” adlı fərdi sərgilərinin açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgilərin açılışında iştirak ediblər.
“YARAT” Müasir İncəsənət Mərkəzinin rəhbəri Aida Mahmudova hər iki sərginin əhəmiyyətindən danışıb və rəssamları təbrik edib.
Əvvəlcə qonaqlar Faiq Əhmədin sərgisi ilə tanış olublar.
Sərgidə ənənəvi Azərbaycan cəmiyyətində gender münasibətlərini və sosial strukturları təsvir edən 6 yeni monumental sənət əsəri nümayiş etdirilir. Sərginin adı təmkinlik hissini, keçmişdə uzun illər hər şeyin “necə var, elə” qəbul edilməsinə yanaşmanı vurğulayan qədim Azərbaycan kəlamından götürülüb.
İkinci sərgidə isə kolumbiyalı rəssam Oskar Murillonun parça, rəsm, heykəl və video əsərləri nümayiş etdirilir. Bu əsərlərin əksəriyyəti rəssamın Azərbaycanda ayrı-ayrı şəxslər və icmalar ilə təsadüfi görüşləri nəticəsində yaranıb.
Hər iki sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sərgilər 2017-ci il yanvarın 29-dək davam edəcək.