Azərbaycanlı kulinar Stalik Xankişiyevin Bakıda iki kitabının təqdimatı keçirilib
02/12/2016

Dekabrın 2-də İçərişəhərdəki “Art Garden” sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyevin “Kazan, kulinarnıy samouçitel” və “Plov, kulinarnoye issledovaniye” kitablarının təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə rejissor Şamil Nəcəfzadənin Azərbaycan mətbəxindən bəhs edən sənədli filmi təqdim olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Xalq Yazıçısı Çingiz Abdullayev tədbirdə çıxış ediblər.

Təqdimat mərasimi musiqili proqramla başa çatıb.