Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Dekabrın 28-də Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının marionet tamaşası göstərilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tamaşaya baxıblar.
“Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşasının hazır olması üçün 3 il vaxt lazım olub. Teatrın növbəti layihəsi isə “O olmasın, bu olsun” operettasının marionet tamaşası olacaq.
Marionet Teatrı dünyada yetərincə maraqlı və populyar olan, ən çətin başa gələn və eyni zamanda, ən maraqlı və cəlbedici janrdır. Çətin olduğuna görə əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Hansısa ölkədə Marionet Teatrının mövcud olması həmin xalqın zəngin milli mədəniyyətindən xəbər verir və bu teatr janrı ölkənin tanıdılmasında əvəzsiz rola malikdir. Bütün yaş qrupundan olan insanların heyranedici rəğbətinə səbəb olan bu teatr janrı xalqımızın zəngin, çoxşaxəli mədəni irsinin ən müxtəlif sahələrini - memarlıq, milli geyim, musiqi, dilimizin nitq melodikası, məişət və bayramlarımız, naxışlar və rəqslərimizi özündə birləşdirir.