Qax Dövlət Yasaqlığındakı ceyranların sayı artaraq 71 başa çatıb
16/01/2017

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Azərbaycanda ceyranların əzəli təbii yaşayış mühitinə qaytarılması – reintroduksiyası layihəsi üzrə işlər uğurla davam etdirilir. Layihə çərçivəsində 2010-cu ildə Qax Dövlət Yasaqlığının Sarıca və Acınohur çöllərinə ilkin olaraq 8 baş ceyran buraxılıb. Ceyranların re-introduksiyası sonrakı illərdə də davam etdirilib. Aparılan son müşahidələr nəticəsində hazırda bu ərazidə ceyranların sayının artaraq 71 başa çatdığı müəyyən olunub.

Yaxın gələcəkdə ərazidə ceyranların sayının artırılaraq 100-150 başa çatdırılması nəzərdə tutulur.