Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında respublikamızın tanınmış kimyaçı alimi, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri vida mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.
Görkəmli alim, akademik Rəfiqə Əliyeva birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.