Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Mayın 13-də Bakı İdman Sarayında IV İslam Həmrəyliyi Oyunlarının karate yarışları başlayıb. Azərbaycan karateçiləri yarışların birinci günündə iki qızıl, bir gümüş və iki bürünc medal qazanıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmalarına baxıblar.
Yarışlarda Azərbaycanı qadın idmançılardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyeva (61), kişi karateçilərdən isə Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq) və Rəfael Ağayev (75 kq) təmsil ediblər.
Azərbaycan idmançısı Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbas ilə qarşılaşıb. O, rəqibini 4:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.
İdmançımız Fəridə Abiyeva (61 kq) isə finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qalibi olub.
Sonra mükafatlandırma mərasimi keçirilib.
Dövlətimizin başçısı qaliblərə medalları təqdim edib.
Qalib idmançıların şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.
Mayın 14-də “Bakı-2017” çərçivəsində karatenin kumite növü üzrə digər çəki dərəcələrində yarışlar keçiriləcək. Həmçinin karatenin kata növündə qaliblər məlum olacaq.