Milli Aviasiya Akademiyası və ADA Universiteti 28 May - Respublika Gününü birgə tədbirlə qeyd ediblər

Video

Milli Aviasiya Akademiyası və ADA Universiteti 28 May - Respublika Gününü birgə tədbirlə qeyd ediblər

Milli Aviasiya Akademiyası və ADA Universiteti 28 May - Respublika Gününü birgə tədbirlə qeyd ediblər
27/05/2017

Mayın 27-də Milli Aviasiya Akademiyasının və ADA Universitetinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirdə nitq söyləyiblər.

Sonra səhnəyə Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri, tarixçi alim, ADA Universitetinin fəxri doktoru, tanınmış cazmen Frederik Star dəvət olunub.

Tədbirdə cazmen Cavan Zeynallının və Əməkdar artist Lalə Məmmədovanın ifaları olub.

Sonra səhnə ABŞ-ın Luiziana caz ansamblının ixtiyarına verilib. Ansamblı 1967-ci ildə Frederik Star təsis edib. 1980-ci illərdə Bakıya gələn Frederik Star Vaqif Mustafazadə ilə bir səhnəni bölüşüb.

Tədbirdə banjo alətində muğam ifa olunub.

Mehriban Əliyeva ABŞ-ın Luiziana caz ansamblının musiqiçiləri ilə görüşüb.