Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün “CinemaPlus”da təşkil olunan əyləncə proqramında iştirak edib.
Uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər.
Uşaqlar daha sonra “Spark” animasiya filmini izləyiblər.