Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) V.Vasilenko adına daxili xəstəliklərin propedevtikası klinikasında Şəkərli Diabetə qarşı Mübarizə Günü təşkil edilib.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev, təşkilatın fəalları, BMDTU-nun tələbələri və klinikanın Uşaq Endokrinologiya şöbəsinin müdiri Alisa Vitebskaya balaca pasiyentlərlə görüşüb, onlarla oyun formasında şəkərli diabetə hər kəsin özünün nəzarət etməsinin əhəmiyyətini izah ediblər. Sonra müxtəlif müsabiqə və oyunlar keçirilib. Uşaqlar özlərinin yeni dostları ilə birlikdə bu müsabiqə və oyunlarda həvəslə iştirak ediblər.
Tədbirin sonunda RAGB nümayəndələri Leyla Əliyevanın adından bu tibb müəssisəsinə məişət texnikası bağışlayıblar, uşaqlara isə hədiyyələr təqdim edilib.
Klinikanın rəhbərliyi Şəkərli Diabetə qarşı Mübarizə Günü aksiyasının təşkilinə və keçirilməsinə görə Leyla Əliyevaya və bu tədbirdə fəal iştirak edənlərin hamısına təşəkkür edib.