Leyla Əliyevanın təşəbbüsü ilə Moskva ali məktəblərinin tələbələri arasında intellektual oyun keçirilib
26/12/2017

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskva ali məktəblərinin tələbələri arasında intellektual oyun keçirilib. RAGB tərəfindən Rusiya İntellektual Oyunlar Assosiasiyasının dəstəyi ilə təşkil olunmuş və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbirdə Rusiya ali məktəblərinin tələbələrindən ibarət 16 komanda iştirak edib.

Oyunda Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) Azərbaycan klubunun komandası qalib gəlib.

Turnirin üç ən yaxşı oyunçusu adına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Azərbaycan klubu komandasının iştirakçısı Viktoriya Kalyadina, MDLU-nun Azərbaycan klubu komandasının oyunçusu Aleksandra Şemelinina və G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin komandasının nümayəndəsi Leyla Carçıyeva layiq görülüb.

“Qələbə əzminə görə” nominasiyasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin “Dr. Brain” komandası qalib gəlib. “Avisenna” komandasının lideri Bəyaz Gözəlzadə ən yaxşı kapitan hesab edilib.

Qaliblərə sertifikatlar və xatirə suvenirləri təqdim olunub.