Prezident İlham Əliyev və ailə üzvləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Video

18/04/2018

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Dövlətimizin başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.

Dövlət başçısı və ailə üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını da ziyarət ediblər.

Daha sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib.

Dövlətimizin başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Ziyarətdən sonra dövlət başçısı və ailə üzvləri Bakının mənzərəsini seyr ediblər.

Sonra xatirə şəkli çəkdirilib.