Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
İyulun 26-da Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalının iştirakçıları qırmızı xalı üzərindən keçiblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2018”in fəxri qonaqları arasında olub.
Qırmızı xalıdan Qlyuk’oza, Qriqori Leps və Cosmos girlrs, Artik & Asti, Soqdiana, Ani Lorak, Sergey Lazarev, Qradusı qrupu, Emin Ağalarov, Sergey Kojevnikov, Lyubov Uspenskaya və başqaları keçiblər.
Qırmızı xalıdan keçən Leyla Əliyevanı aparıcı “Jara” festivalının muzası kimi təqdim edib. Aparıcının festivalın bu adını daşımağın çətin olub-olmaması ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını bildirib və hamıya gözəl axşam arzulayıb.
“Jara-2018”in qırmızı xalı üzərindən keçən digər iştirakçıları festivalın yüksək səviyyədə təşkilindən, Bakıda olmaqdan məmnunluqlarını ifadə ediblər.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.