IDEA Kampaniyası Beynəlxalq Yer Kürəsi Günü ilə bağlı aksiya keçirib 23/04/2013
Təbiətin gözəlliyinə, ona qarşı qayğıya, ətraf mühitin qorunması məsələlərinə və ona vurulan zərərə qarşı insanların diqqətini cəlb etmək məqsədi ilə mütəmadi olaraq yerli və beynəlxalq layihələri həyata keçirən IDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası 22 aprel - Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş aksiya keçirib.  
MDBMİ-nin rektoru: “Azərbaycan böyük qonaqpərvərlik göstərdi” 23/04/2013
Azərbaycan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunlarının I Ümumdünya forumunda böyük qonaqpərvərlik göstərdi. Bunu Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, MDBMİ-nin rektoru, Rusiya Beynəlxalq Araşdırmalar Assosiasiyasının prezidenti Anatoli Torkunov "Qolos Rossiya"ya müsahibəsində deyib.
Leyla Əliyeva: “Mən pozitiv insanam” 20/04/2013
Mən dağların zirvəsinə qalxmağı arzu edirəm. Azərbaycanda çoxlu füsünkar dağlar var.
Leyla Əliyeva: “Mən pozitiv insanam” 20/04/2013
Dörd il öncə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) magistratura pilləsinin məzunu, Leyla Əliyeva ilə görüşəndə, o ana olmağa hazırlaşırdı. Daha sonra onun əkiz oğulları – Əli və Mikayıl dünyaya gəldi. “Uşaqlar mənim həyatımı dəyişdilər. Onlar həyatımı daha dolğun etdilər”,- Leyla gülümsəyərək deyir. Bu gənc, gözəl xanımın ailəsi haqqında ləyaqətlə və azca utancaq şəkildə danışması rəğbətdən kənar qala bilməz. Ötən görüşümüzə əsasən əminliklə deyə bilərəm ki, Leyla ilə ünsiyyət, mənimçün ayın xoş təəssüratı olacaq.
Leyla Əliyeva Parisdə “YARAT!” Müasir İncəsənət Məkanının “Dogma ev” sərgisinə qatılıb 18/04/2013
“Yarat!” Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə aprelin 18-də Parisin mərkəzində yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunan “Home, sweet home” (“Doğma ev”) mövzusunda sərgi təşkil edib. 
“Rossiyskaya qazeta” MDBMİ məzunlarının Bakı görüşü haqqında məqalə dərc edib 15/04/2013
“Rossiyskaya qazeta” MDBMİ məzunlarının Bakıda keçirilmiş görüşü haqqında məqalə dərc edib. Qəzet yazır ki, görüşün başlıca ideyası təkcə doğma təhsil ocağını, Moskvanı və gənclik illərini yad etmək deyil, həm də ölkələrin tərəqqisi üçün bizneslə siyasəti sıx birləşdirmək olub. Forumun adı da rəmzi xarakter daşıyır: “Birlikdə gələcəyə doğru”.  
Leyla Əliyeva: “Tolerantlıq, dözümlülük və dostsevərlik bizim üçün həyat tərzidir” 12/04/2013
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçirilən I Beynəlxalq Forumunun ikinci sessiyasında MDBMİ Məzunları Assosiasiyasının Azərbaycan təmsilçisi Leyla Əliyeva çıxış edib.
İsrailin Afula şəhərində “Xocalıya ədalət” fotosərgisi açılıb 12/04/2013
Heydər Əliyev Fondunun, STMEGİ Beynəlxalq Dağ Yəhudiləri Xeyriyyə Fondunun dəstəyi ilə “İsrail-Azərbaycan” (AZİZ) Beynəlxalq Assosiasiyası tərəfindən fevral ayında Təl-Əviv Universitetindəki Diaspor Muzeyində açılmış “Xocalıya ədalət” fotosərgisi İsrailin şimalına, Afula şəhərinə köçürülüb.
Leyla Əliyeva Bakıda “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun rəsmi açılış mərasimində iştirak edib 07/04/2013
Aprelin 7-də Bakıda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun rəsmi açılışı olub.  
Leyla Əliyeva Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının açılış mərasimində iştirak edib 06/04/2013
Aprelin 5-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Ətraf mühitin mühafizəsi VII Beynəlxalq layihə olimpiadasının (“İnepo-Avrasiya”) açılışı olub.