Moskvada RAGT-ın ikinci konfransı keçirilib
22/05/2010
Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) II konfransı keçirilib. Konfrans təşkilatın birillik fəaliyyətinə yekun vurub, onun inkişaf perspektivlərini müəyyən edib.
Moskvada Azərbaycan muğamı gecəsi keçirilib
07/04/2010
Moskvada, Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan muğamı gecəsi keçirilib.
Professor Yuri Pompeyevin “Qarabağ gündəliyi” kitabının təqdimatı olub
01/03/2010
Martın 1-də Moskvada Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində tanınmış rus yazıçısı, professor Yuri Pompeyevin “Qarabağ gündəliyi” kitabının təqdimatı olub. İslam Konfransı Təşkilatı Gənclər Forumundan (İKGF) verilən məlumata görə, Moskvanın “Kanonplyus” nəşriyyatı tərəfindən çap etdirilmiş kitab İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanıb.
Londonda “Bakıya sevgi ilə” adlı sərgi açılıb
16/02/2010
Fevralın 16-da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət “Bakıya sevgi ilə” adlı sərgi keçirilib. Sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyevanın, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və “Maqnum” agentliyinin təşkilatçılığı ilə baş tutub.