Leyla Əliyeva RAGT sədri seçilib 18/04/2009
Aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı keçirilib. Konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubundan və təşəbbüs qruplarından 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak ediblər.
İslam Konfransı Təşkilatı ekspertlərinin iclasının yekun sənədində Leyla Əliyevanın təşəbbüsü dəstəklənib 18/04/2009
Mayın 17-də İstanbulda İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında yekun sənəd qəbul olunub.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin başçısı Leyla Əliyeva “Vesti” Proqramına Müsahibə vermişdir 18/04/2009
Aprelin 18-də “Rossiya” televiziyasının “Vesti” xəbərlər kanalında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın müsahibəsi göstərilmişdir.  
Leyla Əliyeva İSESKO-nun baş direktoru ilə görüşüb 07/04/2009
İstanbulda BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün ikinci Dünya forumunda iştirak edən İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.
İstanbulda BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün ikinci Dünya forumu keçirilir 06/04/2009
Aprelin 6-da Türkiyə hökumətinin ev sahibliyi ilə İstanbulun Çırağan sarayında 100-dən çox ölkənin iştirakı ilə BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün ikinci Dünya forumu öz işinə başlayıb.
Rusiyada “Xocalıya ədalət” beynəlxalq kampaniyasına start verilib 27/02/2009
Fevralın 27-də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə birlikdə Moskvanın “Bakı” kinokonsert kompleksində Xocalı faciəsinin 17-ci ildönümü, habelə “Xocalıya ədalət” informasiya kampaniyasının veb-saytının təqdimatı ilə əlaqədar genişmiqyaslı aksiya keçirib.
Moskvada Xocalı faciəsinin 17-ci ildönümü qeyd edilib 26/02/2009
Fevralın 26-da Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin köməyi ilə Azərbaycanın Rusiyadakı səfirliyində Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar “Xocalı: iddia müddəti bitmir” xatirə gecəsi təşkil edilib.
Leyla Əliyeva Rusiya Dövlət Kitabxanasına kitablar hədiyyə edib 26/07/2008
Məşhur Rusiya Dövlət Kitabxanası (keçmiş Lenin adına kitabxana) Heydər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycan kitabları ilə zənginləşib.
Leyla Əliyevanın təşəbbüsü Uqandada müzakirə olunur 19/06/2008
Uqanda Paytaxtı Kampala şəhərində İslam Konfransı Təşkilatı Xarici işlər nazirləri Şurasının sessiyasında İKT Gənclər Forumunun irəli sürdüyü qətnamə müzakirəyə çıxarılıb.
Leyla Əliyeva İKT Gənclər Forumunun Baş əlaqələndiricisi seçilib 10/04/2008
İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumu İdarə heyətinin aprelin 10-da Küveytdə başa çatmış 6-cı sessiyasında Leyla Əliyeva Forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci Baş əlaqələndiricisi seçilib.