Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib 13/12/2024
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri çərçivəsində Kiqali Soyqırımı Memorialını ziyarət edib.
Heydər Əliyev Fondu “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsini həyata keçirir 13/12/2024
Heydər Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Ruandaya səfər edən Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxt Kiqali şəhərinin yaxınlığında yerləşən məktəbdə olub. Leyla Əliyeva bu təhsil ocağının rəhbərliyi və şagirdləri ilə görüşüb, məktəbdəki şəraitlə yaxından tanışlıq olub.
Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb 13/12/2024
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.
Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib 10/12/2024
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Bakının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.
Heydər Əliyev Mərkəzində “Yenidən doğulmuş gözəllik” adlı sərgi açılıb 09/12/2024
Dekabrın 9-da Heydər Əliyev Mərkəzində nigeriyalı heykəltaraş Dotun Populanın (DotunPopoola) “Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty) adlı fərdi sərgisinin açılışı olub.
Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib 09/12/2024
Dekabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib.
Heydər Əliyev Fondu ilə Səudiyyə Ərəbistanı arasında layihələr müzakirə olunub 30/11/2024
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ər-Riyadda Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.
Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib 28/11/2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.  
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib 22/11/2024
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində noyabrın 22-də Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası həyata keçirilib.  
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 21/11/2024
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri” adlı sərgilərlə tanış olublar.