“Qızılağac Milli Parkı - Xəzər nağılı” sənədli filminin təqdimatı keçirilib 30/12/2023
Dekabrın 30-da Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin “Azərbaycanın 10 möcüzəsi” xüsusi layihəsi çərçivəsində yeddinci ekran əsəri olan “Qızılağac Milli Parkı - Xəzər nağılı” sənədli filminin təqdimat mərasimi keçirilib.
SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində “Ürəkdən ürəyə” adlı konsert keçirilib 28/12/2023
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dekabrın 28-də SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində pianoçu Ruslan Ağababayevin “Ürəkdən ürəyə” adlı konserti keçirilib.
Dubayda Azərbaycanın gələn il COP29-a ev sahibliyi etməsi münasibətilə tədbir təşkil olunub 11/12/2023
Dekabrın 11-də Dubayda Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi münasibətilə tədbir təşkil olunub.
Leyla Əliyeva Dubayda COP-28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib 04/12/2023
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP-28 çərçivəsində dekabrın 4-də Ümumi Qadınlar Birliyinin sədri Şeyxa Fatimə Bint Mübarəkin himayəsi altında “Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda panel iclas təşkil olunub.
Bakı Beynəlxalq Kitab Sərgisində Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı olub 15/11/2023
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Leyla Əliyevanın “Sevgi” kitabının təqdimat mərasimi olub.
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim həyət”in açılışı olub 20/10/2023
Oktyabrın 20-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
Nizami Kino Mərkəzində “Oğul” sənədli filminin nümayişi olub 18/10/2023
Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib.
Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışı olub 10/05/2023
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak ediblər.
Şuşada Yuxarı Gövhər Ağa məscidi əsaslı yenidənqurma və bərpadan sonra açılıb 10/05/2023
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər.
Şuşada Xurşidbanu Natəvan və Zəfər küçələrində, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışları olub 10/05/2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Xurşidbanu Natəvan və Zəfər küçələrində, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışlarında iştirak ediblər.