Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində yeni məktəb inşa edilib 06/12/2021
Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.
“Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışı olub 06/12/2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da "Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanışlıq 06/12/2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər 06/12/2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfər ediblər.
Abşeron Milli Parkında “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun yekun ağacəkmə aksiyası keçirilib 04/12/2021
Dekabrın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Abşeron Milli Parkında 2021-ci il “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) yekun ağacəkmə aksiyası və BMT İnkişaf Proqramının “EU4Climate” layihəsi çərçivəsində veloyürüş keçirilib.  
Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub 22/10/2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.
Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanışlıq 22/10/2021
Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb 17/10/2021
Moskvada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyətinin sədri və BMT Ətraf Mühit Proqramının (UNEP) xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaceslav Fetisov arasında görüş keçirilib.
Leyla Əliyeva: Arzum budur ki, Tahir Salahovun zəngin irsi bundan sonra da xalqlarımızı yaxınlaşdırmaqda davam etsin 15/10/2021
Oktyabrın 14-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun xatirə gecəsi və onun əsərlərinin sərgisi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışı olub 11/10/2021
IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət oktyabrın 11-də sakinlərin istifadəsinə verilib.