Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin “Yaddaşın əlifbası” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunur.
Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “TEFİ Sodrujestvo”nun mükafatına layiq görülmüş “Pəncərədən düşən işıq” sənədli filminin nümayişi olub.
İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “LEYLA. FONS VITAE” poeziya tamaşası təqdim olunub.
İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında konsert proqramı təşkil edilib.
Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Candoco” və “Lost dog” qruplarının birgə hazırladığı “Arqonavtlar” beynəlxalq inklüziv tamaşası və “Candoco” rəqs qrupunun ifasında “Üz-üzə” və “İkimiz də bilirik” tamaşaları təqdim olunub.
İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində rusiyalı professor Aleksey Sitnikovun “Karmalogic (Karma məntiqi). Taleyin 54 qanunu” mövzusunda mühazirəsi keçirilib.
Sentyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş distant Çin dili kursları üzrə dərslərə başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, inklüziv teatr olan ƏSA Teatrının və sosial müəssisələrdə peşə kursu keçmiş istedadlı gənclərin birgə iştirakı ilə hazırlanan “Nəsimi” antreprizası təqdim olunub.