Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub 21/05/2019
Mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verilib 15/05/2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Müftilər Şurası tərəfindən Moskvadakı “Poklonnaya qora”da qurulmuş “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb.
Pekində Leyla Əliyevanın Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri ilə görüşü olub 14/05/2019
Mayın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşüb.
Leyla Əliyeva Çinin xarici işlər nazirinin müavini Lı Yunçen ilə görüşüb 14/05/2019
Mayın 14-də Çin Xalq Respublikasında səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində bu ölkənin xarici işlər nazirinin müavini Lı Yunçen ilə görüşüb.
"Pekin Ekspo 2019" Botanika Sərgisində Azərbaycan pavilyonunun rəsmi açılışı olub 14/05/2019
Mayın 14-də Çin Xalq Respublikasının paytaxtında "Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı olub.
Heydər Əliyev Mərkəzində “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim olunub 11/05/2019
Mayın 11-də Heydər Əliyev Mərkəzində opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim edilib.
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib 11/05/2019
Mayın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib 10/05/2019
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Prezident İlham Əliyev və ailə üzvləri ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər 10/05/2019
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.
Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər 10/05/2019
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.